İspaniyanın "Barselona" klubunun futbolçuları Lamin Yamal və Rafinya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Çelsi"yə (İngiltərə) qarşı səfər matçı üçün iştirak ərizəsinə daxil edilib.
"Report" xəbər verir ki, bu barədə "Barselona"nın mətbuat xidmətindən bildirilib.
Rafinya La Liqada "Atletik"ə qarşı (4:0) oyunda zədələnmişdi. Yamal isə qasıq nahiyəsindəki ağrılar səbəbindən meydana çıxa bilmirdi.
Qeyd edək ki, "Çelsi" - "Barselona" matçı bu gün Londondakı "Stemford Bric" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.