Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin "Beşiktaş" klubunun qapıçısı Denis Boyko karyerasını Ukraynanın "Dinamo" klubunda davam etdirəcək.
"Report"un Kiyev təmsilçisinin saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı qolkiper yeni klubu ilə 5 il müddətinə müqavilə imzalayıb.
O, 2017-2018 mövsümündə icarə əsasında Ukrayna təmsilçisində çıxış edib.
Qeyd edək ki, Denis Boyko 2015-ci ildən "Beşiktaş"ın şərəfini qoruyub.