UEFA "Roma"nın baş məşqçisini cərimələyib

UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.

"Report"un "Football Italia”ya istinadən məlumatına görə, bu, Avropa Liqasının “Portu” ilə pley-off mərhələsinin ilk oyunundan (1:1) sonra baş verib.

Matçdan sonra paytaxt klubunun baş məşqçisi hakimin rəqibə simpatiya göstərdiyini iddia edib. O, həmçinin 2023-cü ildə keçirilmiş Avropa Liqasının finalına Entoni Teylorun təyin olunmasını əsas gətirərək, UEFA Hakimlər Komitəsinin rəhbəri Roberto Rozettini tənqid edib. Sözügedən final matçında "Roma" "Sevilya"ya oyunsonrası (1:1) penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.

Beləliklə, K.Ranyeri 20 min avro cərimələnib. Klub həmçinin baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro xərcə düşüb.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05