Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək.
"Report" xəbər verir ki, D Liqasının III qrupunda yer alan Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Kosovonu qəbul edəcək.
Azərbaycan millisinin digər rəqibləri də bu gün üz-üzə gələcək. Farer adaları evdə Maltanı sınağa çəkəcək.
Günün ən maraqla gözlənilən matçı isə B liqasında baş tutacaq. Türkiyə millisi doğma meydanda Rusiya ilə qarşılaşacaq.
7 sentyabr
A Liqası
III qrup
22:45. İtaliya – Polşa
B Liqası
II qrup
22:45. Türkiyə - Rusiya
C Liqası
I qrup
22:45. Albaniya – İsrail
IV qrup
22:45. Litva - Serbiya
22:45. Rumıniya - Montoneqro
D Liqası
III qrup
20:00. Azərbaycan - Kosovo
22:45. Farer adaları - Malta