"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027 mövsümündə bu gün ilk oyununu keçirəcək.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Matçın baş hakimi moldovalı FIFA referisi Roman Jitari olacaq.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 17-də baş tutacaq.