Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasına 6 legioner çağırılıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası martın 16-da Bakıda təlim-məşq toplanışına başlayacaq. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 11 gün davam edəcək hazırlıq prosesi ərzində 2 yoxlama oyunu nəzərdə tutulub. Yığma martın 23-də "Səbail", martın 26-da MOİK-lə qarşılaşacaq. Hər iki görüş Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək və saat 15:00-da başlayacaq. 

Baş məşqçi Milan Obradoviç toplanışa 24 futbolçu dəvət edib. Onlardan 6-sı xarici klublarda çıxış edir.

ADI / SOYADIKLUB
1Kamran İbrahimovNeftçi
2Şahin ZəkiyevKeşlə
3Murad PopovQəbələ
4Amin SeydiyevQəbələ
5Turan ManafovZaqatala
6Ricat QarayevSumqayıt
7Murad QayalıKeşlə
8Hüseyin SeyliğliBeşiktaş (Türkiyə)
9Faiq HacıyevMOİK
10Nihad TamazovQarabağ
11Ziya ƏzizovNEC Nijmegen (Hollandiya)
12Tural BayramlıDaugavpils (Latviya)
13Abbas AğazadəMOİK
14Metin GülerBeşiktaş (Türkiyə)
15Hacıağa HacılıQarabağ
16İsmayıl İbrahimliQarabağ
17Baxşəli BaxşaliyevSumqayıt
18Əli SadıxovMOİK
19Nicat SüleymanovQarabağ
20Ərziman RizvanovBohemians 1905 Praga (Çexiya)
21Rövlan MuradovQəbələ
22Fərid NəbiyevSlaviya Praga (Çexiya)
23Süleyman ƏhmədovSumqayıt
24Nurlan QuliyevKeşlə

Digər xəbərlər