"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb

Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb.

Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatında ən böyük məğlubiyyət kimi tarixə düşüb.

Qeyd edək ki, "Tvente" Niderland Erediviziyasının turnir cədvəlində hazırda 23 xalla 4-cü pillədə qərarlaşıb.

Digər xəbərlər