Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb

Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib.

PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib.

XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək.

Xatırladaq ki, XI turun matçları noyabrın 6-8-də keçiriləcək.

Digər xəbərlər