Türkiyədə ən populyar idman növləri bəlli olub

Türkiyədə insanların ən çox maraqlandığı idman növləri açıqlanıb.

"Report"un məlumatına görə, "DORinsight" araşdırma şirkətinin ümumilikdə 1 200 nəfər arasında keçirdiyi sorğuda respondentlərin 86 faizi futbola səs verib. Populyarlıq baxımından basketbol 2-ci, voleybol isə 3-cü olub. Bu idman növlərini tennis, həndbol, buz xokkeyi və bilyard izləyir.

Bundan başqa, "Fənərbağça" 32 faizlə ölkənin ən populyar idman klubu, "Qalatasaray" isə Türkiyə Super Liqasının ən çox bəyənilən komandasıdır.

Digər xəbərlər