Türkiyə Superliqasının XVIII turunda "Beşiktaş" son dəqiqə üçün ilə qələbə qazanıb.
"Report" xəbər verir ki, "Tüpraş" stadionunda "Kayserispor"la qarşılaşan "ağ-qaralar" 1:0 hesabı ilə qalib gəlib.
90+5-ci dəqiqədə El-Bilal Ture qonaqların qapısına yol tapıb.
Bu qələbə sayəsində Sərgən Yalçının rəhbərlik etdiyi kollektiv Superliqadakı xallarının sayını 32-yə çatdırııb. Komanda hazırda beşinci sıradadır.
Qeyd edək ki, turnir cədvəlinə 43 xalı olan "Qalatasaray" başçılıq edir. 42 xala malik "Fənərbağça" ikinci, 38 xalı olan "Trabzonspor" üçüncüdür.