Türkiyə millisinin daha bir rəqibi bəlli oldu

Futbol üzrə Türkiyə millisinin AVRO-2020 öncəsi yoldaşlıq oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.

"Report" xəbər verir ki, "ay-ulduzlular" iyunun 3-də Moldova yığması ilə qarşılaşacaq. Görüşün yeri və başlama saatı açıqlanmayıb.

Azərbaycan millisi mayın 27-də Alanya şəhərində türkiyəlilərlə, iyunun 5-də isə Kişinyovda moldovalılarla yoldaşlıq görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunda yer alan Türkiyə yığması Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək. Bakıdakı qarşılaşmalarda tribunaların 50 faizinə azarkeşlərin buraxılacağına təminat verilib.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05