Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin "Kasımpaşa" komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Cihat Arslana tapşırılıb.

51 yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Arslan bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Şenol Canı əvəzləyib.

Digər xəbərlər

Ramos Parisə qayıda bilər 04 yanvar, 2026 / 09:14