"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə qarşılaşıb

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, I Liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1:1 hesablı heç-heçəyə razılaşıb.

"Turan Tovuz"un yeganə qoluna İbrahima Vadji imza atıb.

Qeyd edək ki, Tovuz komandası daha əvvəl İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib və həmin matç da 1:1 hesabı ilə başa çatıb.

Digər xəbərlər