"Turan Tovuz" Rahil Məmmədovu transfer edib

"Turan Tovuz" Rahil Məmmədovu transfer edib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü ilə 1+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, son olaraq "Araz-Naxçıvan"da oynamış müdafiəçi karyerası ərzində "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", Polşanın LKS Lodz və "Radomiak" klublarının da formasını geyinib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52