"Turan Tovuz" növbəti transferini açıqlayıb

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.

Müdafiənin hər iki cinahında oynayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.

Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32