"Turan Tovuz" futbolçusu ilə müqavilə müddətini uzadıb

"Turan Tovuz" klubu müdafiəçi Şəhriyar Əliyevlə müqavilə müddətini uzadıb.

"Report" qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə "1+1" illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, komandanın kapitanlarından olan Ş.Əliyev tovuzluların heyətinə 2022-ci ildə qoşulub.

Digər xəbərlər