"Sumqayıt" ilk transferini gerçəkləşdirib

"Sumqayıt" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Klubdan "Report"a verilən məlumata görə, "gənclik şəhəri" təmsilçisi son mövsümü "Zirə"də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.

31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş Mehdi Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə "Zirə"nin heyətində 47 qarşılaşmada meydana çıxıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32