Serbiya millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

Futbol üzrə Serbiya milli komandası baş məşqçisi Draqan Stoykoviçlə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, 59 yaşlı mütəxəssis daha 2 il yığma komandanı çalışdıracaq.

Qedy edək ki, Serbiya D.Stoykoviçin rəhbərliyi altında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının final mərhələsinə yüksəlib.

"Qırmızı-göylər" iyunun 14-də start götürəcək AVRO-2024-də çıxış edəcək.

Digər xəbərlər