“Səbail” yoxlama görüşündə Rusiya klubuna məğlub olub

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” ikinci yoxlama oyununu keçirib.

“Report”un məlumatına görə, Şahin Diniyevin rəhbərlik etdiyi komanda Rusiya təmsilçisi “Fakel”lə üz-üzə gəlib.

Matçın taleyini 1 qol həll edib. Voronejlilər 69-cu dəqiqədə penaltidən vurduqları yeganə qol sayəsində 1:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk yoxlama görüşündə Rumıniya yüksək liqasında çıxış edən “Universitatya Kluj”la qolsuz bərabərə qalıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32