"Səbail" klubu ilk qış transferini həyata keçirib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan I Divizionunda II dövrəyə hazırlıqları davam etdirən "Səbail" klubu ilk futbolçu transferini gerçəkləşdirib. 

"Report"un məlumatına görə, paytaxt təmsilçisi Aslan Hüseynovu heyətinə qatıb. 

İyirmi iki yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Son klubu "Rəvan" olan A.Hüseynov bir müddət "Neftçala"nın da formasını geyinib. O, dəfələrlə Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində çıxış edib.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52