"Səbail" klubu Azərbaycan millisinin futbolçusu ilə müqavilə bağlayıb

Bakı. 11 iyun. REPORT.AZ/ “Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın “Report”a verdiyi məlumata görə, paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovu heyətinə qatıb.

27 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ötən mövsüm "Qəbələ"də çıxış etmiş Ruslan Qurbanov karyerası ərzində "Neftçi", "Sumqayıt", Rusiyanın "Rostov", "Nika", "Taqanroq" və Xorvatiyanın "Hayduk" klublarının da formasını geyinib.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05