Maykl Essyen FIFA və ÜST-nin birgə aksiyasına qoşuldu - VİDEO

"Səbail" klubunun futbolçusu Maykl Essyen FIFA-nın Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə başlatdığı "Fəal ol" aksiyasına qoşulub.

"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun rəsmi "Facebook" səhifəsi xəbər yayıb.

FIFA-nın paylaşdığı videoda qanalı yarımmüdafiəçinin evdə fərdi məşq görüntüləri yer alıb.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından “Səbail”də çıxış edir.

Digər xəbərlər