“Səbail” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün Bayıl stadionunda “Səbail” Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda klubun əsas komandasının I Divizionda, həmçinin aşağı yaş qruplarından ibarət liqalarda çıxış edən müvafiq komandalarının nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlarla bağlı fikir mübadiləsi aparılıb.

I Divizionda yüksək yer tutmaqla Premyer Liqaya vəsiqə qazanmağı qarşısına məqsəd qoymuş “Səbail”in lisenziyalaşdırma prosesi ilə bağlı müvafiq hazırlıq işlərinə start verməsi də müzakirəyə çıxarılan məsələlərdən olub.

Digər xəbərlər