“Sabah”ın iki komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

“Sabah” Futbol Klubunun U-13 və U-15 komandaları Türkiyənin Antalya şəhərində keçiriləcək “Junior World Cup” beynəlxalq turnirində iştirak edəcəklər.

"Report" Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-13 “Mançester Siti” (İngiltərə), “Konyaspor” və “Hatay Altın Gençlik” (hər ikisi Türkiyə) ilə eyni qrupda mübarizə aparacaq.

U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.

U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək.

Matçlar sabah səhər saatlarında baş tutacaq.

Xəbər lenti