"Sabah"dan ayrılan futbolçu Argentina klubuna keçib

"Sabah" və "Zirə"nin sabiq futbolçusu Xulio Rodrigesin yeni klubu bəlli olub.

"Report"un məlumatına görə, 33 yaşlı hücumçu karyerasını Argentinada davam etdirəcək.

Paraqvaylı forvard "Gilyermo Braun"la anlaşıb.

Qeyd edək ki, 2019-cu ildə "Zirə"nin formasını geyinən Xulio Rodriges, 2020 - 2022-ci illərdə "Sabah"ın uğurları üçün çalışıb.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32