Rusiya - İran oyunu Qətərdə keçirilə bilər

Rusiya və İran milli komandaları arasında iyunun 2-nə planlaşdırılan yoldaşlıq oyunu Qətərin paytaxtı Dohada keçirilə bilər.

"Report" "Sport-express" nəşrinə istinadən xəbər verir ki, görüşün 2022-ci il dünya çempionatının matçlarına ev sahibliyi edəcək stadionların birində gerçəkləşəcəyi gözlənilir.

Hər iki ölkənin futbol federasiyası bununla bağlı razılığa gəlib. Qətər də oyunu qəbul etməyə qarşı deyil. Amma hələlik FIFA-dan qarşılaşma ilə bağlı icazə alınmayıb.

Qeyd edək ki, FİFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarının və klublarının beynəlxalq turnirlərdə iştirakına qadağa qoyub.

Digər xəbərlər

Lamin Yamal Sabahla oyunu buraxacaq 23 noyabr, 2026 / 13:32