Rusiya Futbol İttifaqının prezidenti istefa verəcək

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko vəzifəsindən istefa verəcək.

"Report" "Championat.com" saytına istinadən xəbər verir ki, o, dekabrın 6-da təşkilatın İcraiyyə Komitəsinin iclasında qərarını açıqlayacaq. 

Qeyd edək ki, Vitali Mutko 2017-ci ilin 27 dekabrında fəaliyyətinin müvəqqəti dayandırdığını elan edib. Həmin vaxtdan qurum Aleksandr Alayevə həvalə olunub.

Digər xəbərlər