Rusiya çempionatının bombardiri: "Nə vaxtsa Azərbaycanda oynamaqla bağlı təklif alsaydım, bunu düşünmək olardı"

Rusiya futzal Superliqası təmsilçisi RFKP klubunda çıxış edən Azərbaycan əsilli futzalçı Yanar Əsədovun “Report”a müsahibəsi

- Superliqanın “Torpedo” ilə oyununda vurduğunuz beş qol geniş rezonans yaratdı. (Komanda 8:2 hesablı qələbə qazanmışdı – red.) Hətta Azərbaycan mətbuatında da sözügedən oyundan videolar yayımlandı. Artıq 6 qol vurmusunuz və bombardirlərdən birisiniz. Bununla bağlı fikirləriniz maraqlıdır...
- Mənim üçün həqiqətən də çox yaxşı oyun oldu. Peşəkar karyeramda ilk dəfə bir matçda 5 qol vurdum. Amma ən əsası vacib matçda qalib gəldik.

Digər xəbərlər