Ronaldu bir təqvim ilində ÇL-də 18 qol vurmaqla öz rekordunu yeniləyib

Bakı. 22 noyabr. REPORT.AZ/ İspaniyanın "Real" klubunun portuqaliyalı forvardı Kriştianu Ronaldu Çempionlar Liqasının APOEL-ə qarşı keçirilən oyununda dubl edib.

“Report” xəbər verir ki, 32 yaşlı hücumçu bununla da, bir təqvim ilində turnirdə 18 qol vurmaqla öz rekordunu yeniləyib.

Görüş "Kral klubu"nun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər