Braziliya yığmasının və "Milan"ın sabiq yarımmüdafiəçisi Ronaldinyo futbola qayıdacaq.
Bu barədə "Report" İtaliyanın ixtisaslaşmış "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, 46 yaşlı futbolçu İtaliya C Seriyasında çıxış edən "Ravenna" ilə razılığa gəlib. Klubun sahibi iş adamı İnyasio Çiprianidir.
"Ronaldinyo ilə müqavilə imzalanması klub üçün, həqiqətən, müstəsna hadisədir: o mənim kumirim idi, onun futbola təsiri meydanda əldə etdiklərinin hüdudlarından çox kənara çıxır", - Çipriani deyib.
Mənbənin məlumatına görə, Ronaldinyo ilə müqavilənin imzalanması iyunun 23-də Mayamidə keçiriləcək təntənəli tədbirdə elan ediləcək. Orada həmçinin klubun yeni forması da təqdim olunacaq