​Respublika stadionunda insident baş verib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün UEFA Avropa Liqasının II turu çərçivəsində Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Anderlext" oyunundan sonra insident baş verib.

"Report" xəbər verir ki, matçdan sonra "Anderlext" futbolçuları tribunada əyləşən azsaylı azarkeşlərinə doğru yaxınlaşarkən fanatlardan bir qismi meydana daxil olmağa cəhd göstərib.

Məsələyə hüquq-mühafizə orqanları əməkdaşları müdaxilə edib və azarkeşlərin stadiona daxil olmasının qarşısı alınıb.

Digər xəbərlər

Rodri Barselonaya keçib 17 avqust, 2026 / 23:45