İspaniyanın "Real" klubu qapıçısı Tibo Kurtua ilə müqavilə müddətinin uzadılması ilə bağlı razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Yeni sözləşmə 2028-ci ilin yayınadək qüvvədə olacaq. Belçikalı qolkiperin hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.
Xatırladaq ki, Tibo Kurtua 2018-ci ildən Madrid klubunda çıxış edir.