“Real” İspaniya Superkubokunun finalında “Barselona” ilə üz-üzə gələcək

İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib.

"Report" xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ikinci cütündə "Barselona" ilə "Osasuna" üz-üzə gəlib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 59-cu dəqiqədə Robert Levandovski və 90+3-cü dəqiqədə Lamine Yamal vurub.

Qeyd edək ki, "Barselona"nın finaldakı rəqibi "Real" olacaq.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05