"Real Madrid" 33 yaşlı yetirməsini transfer edib

İspaniya "Real Madrid"i "Espanyol"un futbolçusu Xoselunu icarəyə götürüb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Anlaşmaya əsasən, Madrid təmsilçisi növbəti mövsümün sonunda təcrübəli forvardı birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, "Real Madrid"in yetirməsi olan Xoselu İspaniya millisinin də üzvüdür.

Digər xəbərlər

FIFA: UEFA İnfantinonu təqib edir 29 sentyabr, 2026 / 11:25