İngiltərə Premyer Liqasının XVII turunda, dekabrın 20-də Londonun "Arsenal" komandası hücumçu Viktor Dyekereşin penalti zərbəsi sayəsində "Everton"u 1:0 hesabı ilə məğlub edib.
"Report"un məlumatına görə, isveçli hücumçu penaltiləri uğurla qola çevirmək seriyasını davam etdirib.
2023/2024 mövsümündə Portuqaliyanın "Sportinq" klubunda debüt etdikdən sonra Dyekereş 19 penaltinin hamısını qola çevirib.
2025-ci ilin iyulunda "Sportinq"dən "Arsenal"a keçən isveçli artıq yeni klubunda 7 qol vurub.
"Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 70 milyon avrodur.