İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola "şəhərlilər"lə müqaviləsinin müddətini uzatmaq istəyir.
"Report"un məlumatına görə, bu barədə ispaniyalı mütəxəssis "The Mirror" nəşrinə açıqlama verib.
O, komandanı tərk etmək fikrində olmadığını bildirib: "Bu barədə çox danışmışam. Klub rəhbərliyi istəsə, qalmağa hazıram".
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.