"Qəbələ" gürcüstanlı futbolçuları komandada saxlamaq istəyir

"Qəbələ" klubu gürcüstanlı futbolçuları - Davit Volvok və Merab Qiqaurini heyətdə saxlamaq istəyir. 

Bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, yarımmüdafiə mövqeyində çıxış edən Qiqaurinin klubla müqaviləsi mövcuddur və onunla bağlı hər hansı müraciət olmayıb: "Davit Volkovun isə bizimlə sözləşməsi başa çatıb. Hücumçu ilə danışıqlarımız davam edir. Alınsa, karyerasına bizimlə birlikdə davam edəcək".

Qeyd edək ki, Merab Qiqaurinin "Qəbələ" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Digər xəbərlər