Bakı. 5 may. REPORT.AZ/ "Qəbələ" komandası avrokuboklara vəsiqəni təmin edib.
"Report" xəbər verir ki, "qırmızı qaralar"ın Azərbaycanı Avropa Liqasında təmsil edəcəyi Premyer Liqanın XXVI turunda evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçədən sonra rəsmiləşib.
Bərabərlikdən sonra xalını 46-ya çatdıran "Qəbələ"nin mövsümü ən pis halda 3-cü sırada başa vuracağı dəqiqləşib.
XXVI turun mayın 6-da baş tutacaq son matçında "Neftçi" "Qarabağ"ı məğlub edə bilməsə, "Qəbələ" gümüş medalı da təmin edəcək.