"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü heç-heçəsinə imza atıb.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.

Bu yubiley Misli Premyer Liqasının XI turunda qeydə alınıb. Şamaxının eyniadlı təmsilçisi "Sabah"la səfər görüşündə bir xal qazanıb – 2:2.

Əvvəllər "Xəzər Universiteti", "İnter", "Keşlə" adları altında da çıxış edən komanda 737-ci matçında "200"ə çatıb. Heç-heçələrdən 93-ü evdə, 107-si səfərdə qeydə alınıb. Şamaxılılar "Neftçi" və "Qarabağ"dan sonra 200 və daha çox heç-heçə edən 3-cü komandadır.

Qeyd edək ki, "Xəzər Universiteti" adlandığı vaxt ilk heç-heçəsini edən komanda 1999-cu il dekabrın 5-də "Turan"la ev görüşündə qolsuz sülhə imza atıb.

Digər xəbərlər