"Kristal Pelas" rəhbərliyi İngiltərə Premyer Liqasının X turunda "Liverpul"a evdə uduzduqdan (1:3) sonra baş məşqçi Pyer Sajla yollarını ayırmağı planlaşdırır.
"Report" xarici mediaya istinadən xəbər verir ki, London təmsilçisinin nümayəndələri artıq yeni baş məşqçi axtarışına başlayıb.
Namizədlər arasında hazırda işsiz olan mütəxəssislər Tomas Frank və Şon Dayç yer alır.
T.Frank fevral ayında "Tottenhem"dən ayrıldıqdan sonra klubsuzdur. Ş.Dayç isə həmin vaxt "Nottingem Forest"dən kənarlaşdırılıb.
Qeyd edək ki, "Kristal Pelas" Premyer Liqada 10 turdan sonra 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.