"Qarabağ" Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.
"Report"un Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı hücumçu ilə 2026-cı il iyunun 30-dək müqavilə bağlanılıb
21 yaşlı hücumçu "köhlən atlar"ın heyətində 97 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna "Minay"ı olub.