"Qarabağ" və "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib - YENİLƏNİB

“Neftçi”nin UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

“Report”un məlumatına görə, püşkə əsasən, paytaxt təmsilçis III təsnifatda İsrailin “Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə, "Malmö" (İsveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə üz-üzə gələcək.

"Neftçi" ilk oyunu səfərdə keçirəcək.


15:49***

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

“Report”un məlumatına görə, püşkə əsasən, Ağdam təmsilçisi Çemoionlar Liqasının III təsnifatında Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıra bilməsə, "Sutyeska" (Monteneqro) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” ilk oyunu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsində ilk oyunlar 22 avqustda, cavab görüşləri 29 avqustda keçiriləcək. İlk matçlar püşkatmadan sonra adları birinci göstərilmiş komandaların meydanlarında olacaq.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05