“Qarabağ” Marko Yankoviçlə müqavilənin müddətini uzadıb

“Qarabağ” klubu futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib.

"Report" xəbər verir ki, sözləşməyə əsasən, 28 yaşlı yarımmüdafiəçi 2027-ci ilədək "köhlən atlar"da çıxış edəcək.

2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Yankoviç “Qarabağ” forması ilə keçirdiyi 53 oyunda 3 qol vurub.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52