“Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

Bakı. 25 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” klubunun yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək. Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq.

Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq. Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq.

Qeyd edə ki, “Qarabağ” son illər yay toplanışını Kössendə keçir.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05