"Həqiqətən də çox xoşbəxtəm. İlk növbədə, belə möhtəşəm kollektivə minnətdaram".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borqes evdə Kiprin AEL komandasına 1:0 hesabı ilə qalib gələrək, pley-offa vəsiqə qazandıqları oyundan sonra "CBC Sport"a açıqlamasında deyib.
Görüşdə yeganə qolun müəllifi olan braziliyalı yarımmüdafiəçi bildirib ki, bu, kollektivin zəhmətidir: "Bütün komandaya təşəkkür edirəm. Bu qol mənə ruh yüksəkliyi verəcək. Lakin ilk 11-likdə yer almaq mənim qərarım deyil".
Qeyd edək ki, "Qarabağ”ın pley-offdakı rəqibi "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi olacaq.