Avropa Liqası: "Ararat" və "Lillestrem" darmadağın edilib

UEFA Avropa Liqasının liqa mərhələsinin III turunda növbəti oyunlar keçirilib.

"Report" xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" İngiltərənin "Kristal Pelas" klubu ilə 2:2 hesablı heç-heçə edib. İtaliyanın "Yuventus" komandası isə doğma meydanda Fransanın "Renn" klubu ilə xalları bölüşüb – 2:2.

Günün digər qarşılaşmalarında Niderlandın AZ klubu Ermənistanın "Ararat" komandasını 4:0, Almaniyanın "Hoffenhaym" klubu Fransanın "Lion" kollektivini 3:0, İspaniyanın "Real Sosyedad" komandası isə Norveçin "Lillestrem" klubunu 6:0 hesabı ilə məğlub edib.

UEFA Avropa Liqası

Liqa mərhələsi, III tur

"Ararat" (Ermənistan) – AZ (Niderland) – 0:4

"Dinamo" (Zaqreb, Xorvatiya) – NEK (Niderland) – 2:4

"Ferentsvaroş" (Macarıstan) – "Torrense" (Portuqaliya) – 4:1

"Yuventus" (İtaliya) – "Renn" (Fransa) – 2:2

"Lex" (Polşa) – "Sanderlend" (İngiltərə) – 1:1

OFİ (Yunanıstan) – "Bayer 04" (Almaniya) – 0:2

"Yunion" (Belçika) – "Hapoel" (Beer-Şeva, İsrail) – 4:0

"Şturm" (Avstriya) – "Marsel" (Fransa) – 1:0

"Beşiktaş" (Türkiyə) – "Kristal Pelas" (İngiltərə) – 2:2

"Sele" (Sloveniya) – "Zalsburq" (Avstriya) – 2:2

"Seltik" (Şotlandiya) – "Selta" (İspaniya) – 1:2

"Hoffenhaym" (Almaniya) – "Lion" (Fransa) – 3:0

"Yagelloniya" (Polşa) – "Anderlext" (Belçika) – 0:3

"Lillestrem" (Norveç) – "Real Sosyedad" (İspaniya) – 0:6

"Olimpiakos" (Yunanıstan) – "Sparta" (Çexiya) – 1:0

"Omoniya" (Kipr) – "Benfika" (Portuqaliya) – 1:4

"Viktoriya" (Çexiya) – "Levski" (Bolqarıstan) – 1:2

"Bornmut" (İngiltərə) – "Milan" (İtaliya) – 3:0

Digər xəbərlər