Futbol üzrə Asiya Kuboku bundan sonra cüt illərdə keçiriləcək.
"Report"un məlumatına görə, Asiya Futbol Konfederasiyası (AFC) turnirin formatını dəyişən nizamnamə düzəlişlərini təsdiq edib.
2027-ci il Asiya Kuboku hazırkı mövcud dövr üzrə sonuncu olacaq. Növbəti yarış 2032-ci ildə keçiriləcək, amma onun məkanı hələ müəyyənləşdirilməyib.
Yeni sistemə əsasən, konfederasiyanın seçki dövrü turnir tsiklinə uyğunlaşdırılacaq.
AFC prezidentinin növbəti seçkiləri 2027-ci ildə keçiriləcək. Seçilmiş şəxslər 2028-ci il yanvarın 1-də səlahiyyətlərinin icrasına başlayacaq və 2032-ci ilə qədər postlarında qalacaqlar.
Xatırladaq ki, 2027-ci ildə Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında baş tutacaq.