Bakı. 14 oktyabr. REPORT.AZ/ “Qarabağ”ın futbolçusu Donald Gerryeyə ağır itki üz verib.
“Report” xəbər verir ki, 28 yaşlı haitili yarımmüdafiəçinin qızı Miah vəfat edib.
D.Gerrye bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, 1 yaş 6 aylıq uşaq ürək çatışmazlığından əziyyət çəkirmiş.