Qara Qarayev: "Son illərin ən yaxşı "Neftçi"sinə qarşı oynayacağıq"

Bakı. 31 yanvar. REPORT.AZ/ "Neftçi" ilə oyuna hamı hazırdır. Heyətlə bağlı problem yoxdur". 

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının XV turunda keçirəcəkləri qarşılaşma barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi son illərin ən yaxşı "Neftçi"sinə qarşı oynayacaqlarını bildirib: "Bu, tarixi qarşılaşma olacaq. Liderə qarşı oynamaq hər zaman məsuliyyətlidir. Rəqibin sürətli oyunçuları var. Onlara qarşı diqqətli olmalıyıq". 

Qarayev son günlər geniş müzakirəyə səbəb olan açıqlamasına da aydınlıq gətirib: "Tənqidlər bizə hər zaman lazımdır. Həmişə haqlı tənqidlərə açıq olmuşuq. Mən təhqirlərə irad bildirmişəm. Tənqid hər kəsin haqqıdır".

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq. 

Digər xəbərlər