"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Türkiyənin "Qalatasaray" komandası Danimarkanın "Olborq" komandasının futbolçusu Matias Rossu transfer edib.

"Report" Skandinaviya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı mərkəz müdafiəçisinin axşam saatlarında İstanbulda olması gözlənilir.

"Sarı-qırmızılar"ın qarşı tərəfə, təxminən, 1,5 milyon avro pul ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Matias Rossun "Olborq"la 2025-ci ilədək qüvvədə olan müqaviləsi var idi.

Digər xəbərlər

Babək Quliyev UEFA-dan təyinat alıb 12 oktyabr, 2026 / 12:52